Xaricdə gizlənən 3 nəfər tutularaq Azərbaycan gətirildi -   ADLAR

saytların hazırlanması

Evə çatdırılma

Xaricdə gizlənən 3 nəfər tutularaq Azərbaycan gətirildi - ADLAR

Hadisə

19 Yanvar 2026 17:48 506


Xaricə qaçıb-gizlənən 3 nəfər tutularaq Azərbaycan gətirilib.

Bu barədə “Yeni Sabah”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Məmmədov Ruad Yaşar oğlu, Əsgərov Xəyal Rasim oğlu və Əyyubov Zaur Əyyub oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri müvafiq olaraq Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının Baş Prokurorluqları tərəfindən təmin edilib. pizza

Belə ki, Məmmədov Ruad Yaşar oğlu və Əsgərov Xəyal Rasim oğlunun külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilmiş və ibtidai istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa verilmişlər. Qeyd olunan şəxslər Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətiriliblər.

Eyni zamanda, Yasamal Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə xeyli miqdarda ziyan vurmaqla törədilmiş oğurluq cinayət əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Əyyubov Zaur Əyyub oğlu məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib, Qazaxıstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!