Beynəlxalq Bankda nə baş verir? – 308 milyon manat...

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq Bankda nə baş verir? – 308 milyon manat...

İqtisadiyyat

16 Mart 2024 10:46 2812


“Azərbaycan Beynəlxalq Bankı”nın vaxtı keçmiş kreditləri 308 milyon manatı ötüb

2023-cü ilin sonuna  “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) vaxtı keçmiş kreditləri 308,4 milyon manata yüksəlib.

Valyuta.az-ın məlumatına görə, sözügedən bankın vaxtı keçmiş kreditləri illik müqayisədə ötən il 14% və ya 37,4  milyon manat artıb. 2022-ci ildə ABB-nin vaxtı ötmüş kreditlərinin həcmi 270,6 milyon manat təşkil edib. Dominos pizza

ABB-nin vaxtı keçmiş kreditlərində ən böyük artım biznes kreditləri üzrə müşahidə edilir. Bankın problemli biznes kreditləri 30,8 milyon manat artaraq 29,03 milyon manatdan 59,8 milyon manata kimi yüksəlib. Bir ildə vaxtı keçmişi istehlak kreditləri isə 134,8 milyon manatdan 155  milyon manata kimi artıb. Daşınmaz əmlak kreditlərində isə bu rəqəm 93,5 milyon manat təşkil edib. Bu isə 2022-ci ilə nisbətən 12,5% azdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!