Bakı Mühəndislik Universitetinin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə Beynəlxalq Bankın IBA Tech Akademiyasının nümayəndələrinin tələbələrlə görüşü keçirilib.
“Yeni Sabah” xəbər verir ki, görüşdə BMU-nun Elmi işlər üzrə prorektoru Elçin Suleymanov universitetin fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib. Bildirib ki, universitetdə əksəriyyəti ingilis dilində olmaqla mühəndislik, iqtisadiyyat və pedaqoji ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.
Beynəlxalq Bankın idarə heyətinin sədrinin müşaviri Zaur Ələkbərov çıxış edərək qeyd edib ki, Akademiyanın yaradılmasında məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Azərbaycan Beynəlxalq Bankının Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində Akademiyada təhsil ödənişsiz olacaq. CISCO, WiX, SIGMA və s. bu kimi qurumlar təmsil olunan və IT təhsili sahəsində bir çox qlobal şirkətlərə tərəfdaşlıq köməyi göstərən “DAN.IT” mərkəzi də Azərbaycan Beynəlxalq Bankının ölkəmizin biznes mühitində ilk dəfə olaraq həyata keçirdiyi bu sosial layihənin icrasında yaxından iştirak edəcək. pizza
IBA Tech Akademiyasına sentyabrın 9-dan qəbul başlayıb və proqramlarında iştirak üçün müraciət edənlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. Namizədlər onlayn ərizə göndərdikdən sonra seçim 4 mərhələ üzrə aparılacaq: qeydiyyat, məntiq testi, texniki test və fərdi müsahibə. Təlimlər isə oktyabrın 10-dan Bakıda keçiriləcək.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.
Telegram kanalımız