Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın etirazlarını rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın etirazlarını rədd etdi

Siyasət

12 Noyabr 2024 20:59 920


Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı zamanı Ermənistana qarşı etnik təmizləmə və digər irqi ayrı-seçkilik aktlarına görə qaldırılmış işin davam etdiriləcəyini təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov "X" hesabında paylaşım edib.

Onun sözlərinə görə, beynəlxalq məhkəmə Ermənistan tərəfindən qaldırılmış etirazlara baxmayaraq, Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən, minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib. Marqarita pizza

Məhkəmə, həmçinin Ermənistanın mina yerləşdirilməsi praktikası ilə bağlı iddiaları məhkəmənin yurisdiksiyasından çıxarmaq cəhdini də rədd edib.

Diplomat qeyd edib ki, Ermənistan minalarının qurbanları üçün ədaləti təmin etmək həyati əhəmiyyət kəsb edir. Belə ki, zərərçəkənlərin sayı bu günə qədər faciəvi şəkildə artmaqda davam edir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!