Beynəlxalq Ədalət Məhkəməsi yeni sədr təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq Ədalət Məhkəməsi yeni sədr təyin etdi

Dünya

03 Mart 2025 19:53 246


Yaponiyalı hakim Yuci İvasava Beynəlxalq Ədalət Məhkəməsinin sədri seçilib.

Yenisabah.az xəbər verir ki, bu barədə qurumun press-relizində bildirilib.

İvasava yanvarın 14-də Livanın Baş naziri olmaq üçün vəzifəsini tərk edən Navaf Salamın vəzifəsindən ayrılmasından sonra həmkarları tərəfindən bu vəzifəyə seçilib. Sezar pizza

Qeyd edək ki, Salamın sədrlik müddəti 2027-ci il fevralın 5-də başa çatmalı idi. Yeni sədr İvasava da məhz bu tarixə qədər sədr vəzifəsini icra edəcək.

İvasava 2018-ci il iyunun 22-dən məhkəmənin üzvüdür. Daha əvvəl o, Tokio Universitetində beynəlxalq hüquq üzrə professor vəzifəsində çalışıb və BMT-nin İnsan Hüquqları Komitəsinin sədri olub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!