Beynəlxalq ekspertlər Hərbi Qənimətlər Parkında oldular

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq ekspertlər Hərbi Qənimətlər Parkında oldular

Hadisə

13 Aprel 2021 15:39 688


ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçıları Hərbi Qənimətlər Parkına baş çəkiblər.

Yenisabah.az-ın məlumatına görə, qonaqlar 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən əldə olunmuş hərbi qənimətlərlə tanış olublar.

HəmçininŞ onlara Ermənistan tərəfindən Gəncə, Bərdə və Tərtər rayonlarına edilən raket hücumları və mülki əhalinin hədəfə alınması barədə məlumatlar verilib. Toyuqlu pizza

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonaqlara Şuşaya atılan “İsgəndər-M” raketi barədə də məlumat verib. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!