“Beynəlxalq ictimaiyyət baş verənlərə göz yumur” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Beynəlxalq ictimaiyyət baş verənlərə göz yumur” - Deputat

Siyasət

16 İyul 2020 16:08 785


"Beynəlxalq ictimaiyyətin münasibəti aydındır. Onlar həmişə olduğu kimi  indi də baş verənlərə göz yumurlar. Bir sıra təşkilatlar özlərinin təməl prinsipinə zidd hərəkət edirlər. Ona görə də mövcud münasibət geniş müzakirə mövzusuna çevrilməlidir”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın Azərbaycanın Tovuz rayonunda törətdiyi təxribata münasibət bildirərkən Milli Məclisin deputatı Asim Mollzadə deyib. A.Mollazadə sherg.az saytına açqılamasında qeyd edib ki, Azərbaycan hökuməti baş verənlərə səssiz qalmamalıdır:

“Xarici İşlər Nazirliyi bu məsələlərlə ciddi məşğul olmalıdır. Bu qurumun fəaliyyəti arzuolunan səviyyədə deyil. İndi savaş təkcə döyüş meydanında yox, həm də informasiya məkanında gedir. Azəbaycan buna hazırlıqlı olmalıdır. Bütün qurumlar səfərbər olmalı, düşmənə qarşı birləşməlidir”. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!