“Beynəlxalq media qurumları obyektiv materiallar hazırlayanda təzyiqlərlə üzləşirlər” -   Prezidentin köməkçisi

saytların hazırlanması

Evə çatdırılma

“Beynəlxalq media qurumları obyektiv materiallar hazırlayanda təzyiqlərlə üzləşirlər” - Prezidentin köməkçisi

Siyasət

03 Noyabr 2020 15:21 1003


“Hərbi əməliyyatların tərkib hissələrindən biri də informasiya müharibəsidir”.

Yenisabah.az xəbər verir ki, bunu bu gün keçirilən  brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyevin sözlərinə görə, sentyabrın 29-dan indiyə qədər Prezident İlham Əliyev dünyanın aparıcı media qurumlarına çoxsaylı müsahibələr verib: “Ermənistanın siyasi-hərbi rəhbərliyi Prezident İlham Əliyevin bu fəaliyyətini imitasiya etmək istəyir, ancaq bu, əks effekt verir, özlərinin işğalçılıq siyasətlərini ifşa edirlər. Azərbaycan dövlət başçısına bu kimi müsahibələrdə provokativ suallar da görürük, ancaq Prezident səbir və təmkinlə cavablar verir. Təəssüf ki, beynəlxalq media qurumları ədalətli, obyektiv materiallar hazırlayanda təzyiqlərlə üzləşirlər. “Nyu-York Times” da belə təzyiqlərə məruz qalır. Azərbaycan belə halları qəti şəkildə qınayır”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!