Beynəlxalq səyyahlardan ibarət qrup Ağdama gəldi

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq səyyahlardan ibarət qrup Ağdama gəldi

Siyasət

26 Oktyabr 2024 16:40 1157


33 beynəlxalq səyyahdan ibarət qrup Ağdamı ziyarət edib.

"Report"un müxbiri xəbər verir ki, turistlər işğal dövründə Ermənistanın şəhərdə törətdiyi dağıntılar, eləcə də hazırda aparılan tikinti-bərpa işləri ilə tanış olublar.

Qonaqlar bərpa edilmiş Ağdam məscidində, Çörək muzeyi, Dram Teatrının xarabalıqlarında və Şəhidlər xiyabanında olublar. Pepperoni pizza

Ekskursiya zamanı səyyahlara şəhərin işğaldan əvvəlki tarixi fotoşəkilləri təqdim olunub.

Qeyd edək ki, "Piki Reels" səyyah klubunun təşkil etdiyi səfər çərçivəsində 12 ölkədən - ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail, Kolumbiya, Niderland və digər ölkələrdən bir qrup səyyah Qarabağ və Şərqi Zəngəzura gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!