Beynəlxalq təşkilat Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq təşkilat Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi

Siyasət

17 Oktyabr 2024 23:59 516


Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanı müstəqilliyinin bərpası günü münasibətilə təbrik edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı beynəlxalq təşkilatın “X”dəki hesabında paylaşım edilib.

“Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 33-cü ildönümündə Azərbaycan hökumətini və qardaş xalqını ən səmimi arzularımızla təbrik edir, uğurlar, sabitlik və firavanlıq arzulayırıq”, - paylaşımda qeyd olunur. Marqarita pizza

Qeyd edək ki, sabah Azərbaycanın Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də o zamankı Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!