Oktyabrın 27-də Ermənistan Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş “Smerç” tipli raketlərlə zərbələr endirib. Nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Yenisabah.az xəbər verir ki, hadisə yerinə səfər edən "Amnesty International" əməkdaşları Bərdə şəhərinə raket hücumu zamanı kaset bombalardan hücumunu təsdiqləyib.
Təşkilat qeyd edib ki, oktyabrın 28-də yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə, xəstəxananın yaxınlığındakı yaşayış sahəsinə bir ya bir neçə “Smerç” raket atılıb. Azərbaycan Respublikasının Baş Prokuroluğu raket zərbəsi zamanı azı 21 nəfərin həlak olduğunu, 70-ə yaxın şəxsin yaralandığını bildirib. “Amnesty International”ın ekspertləri fotomüxbir tərəfindən çəkilmiş, 9N235-in kaset döyüş sursatlarının fraqmentləri təsvir edilmiş şəkillərin doğruluğunu təsdiq ediblər. Dördpendirli pizza
“Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mariya Struters isə bildirib ki, yaşayış məntəqələrinin kaset döyüş sursatları ilə atəşə tutulması insanların həlak olması, yaralanması, əzab çəkməsina səbəb olan qəddar və məsuliyyətsiz əməldir.
“Human Right Watch” isə hadisə ilə bağlı hesabatında vurğulayıb ki, Ermənistan qüvvələri beynəlxalq səviyyədə qadağan olunmuş kassetli sursatı ya özü istehsal edir, ya da alır.
Hesabatda bildirilib ki, həmin bombalar Bərdə şəhərinə qarşı tətbiq olunub. Təşkilatın mütəxəssisi Belkis Ville bildirib:
“Bu qəddar silahların beynəlxalq konvensiya ilə qadağan edilməsinin bir səbəbi var və bu silahların şəhərin mərkəzində istifadəsi mülki həyata və beynəlxalq hüquqa kobud bir hörmətsizlikdir”.
Telegram kanalımız