Beynəlxalq təşkilatlara təkliflər verilib

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq təşkilatlara təkliflər verilib

Hadisə

04 Noyabr 2020 15:57 780


“Müharibə tək cəbhədə deyil, həm də beynəlxalq təşkilatlarla, beynəlxalq ictimaiyyətlə gedir. Yəni, biz həm də informasiya cəbhəsində müharibə aparırıq. Ona görə də qərara gəldik ki, bu cür hesabat hazırlayaq və beynəlxalq təşkilatlara göndərək”.

Yenisabah.az xəbər verir ki, bunu bu gün keçirilən birifinqdə Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov deyib.

Onun sözlərinə görə, hesabatda 27 sentyabrdan bu yana olan hadisələr əcnəbilər üçün qruplaşdırılıb: “Hesabatda Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə olunan qadağan edilmiş silahlarla bağlı məlumat verilib. Hesabatda olan faktlar ANAMA-nın və Baş Prokurorluğun məlumatlarına əsaslanır. Biz bu hesabatı hazırlayarkən əcnəbilər üçün maraqlı olmasına diqqət etmişik. Ona görə də hesabatı yığcam və çoxlu faktlar əsasında hazırlamışıq”. Sezar pizza

Ə. Həsənov qeyd edib ki, hesabatda Tərtərə, Gəncəyə, Bərdəyə və digər şəhər və rayonlarımıza atılan raketlər, mərmilərin sayı barədə məlumatlar əksini tapıb: “Cəbhə xəttindən uzaq rayonlar barədə də hesabatda məlumatlar öz əksini tapıb. Ümumiyyətlə, biz hesabatı hazırlayıb təqdim edəndə 87 nəfət həlak olanların adı var idi. Artıq bu say 91-dir. Bu, yeni aralıq hesabata əlavə ediləcək. Hesabatda zərərçəkmiş və həlak olan şəxslərlə bağlı bütün məlumatlar əks olunub və olunacaq. Bizim əsas məqsədimiz odur ki, baş verənlərlə bağlı beynəlxalq təşkilatların əlində daha çox sənəd olsun və onlarda olan məlumatlar birtərəfli olmasın”.

Ə. Həsənov bildirib ki, hesabatda beynəlxalq təşkilatlara ünvanlanan təkliflər də qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!