Beynəlxalq turnirə qatılacaq Azərbaycan güləşçiləri bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq turnirə qatılacaq Azərbaycan güləşçiləri bəlli oldu

İdman

01 Mart 2023 18:59 876


Martın 2-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Dan Kolov və Nikola Petrovun xatirə turnirinə qatılacaq Azərbaycan güləşçiləri bəlli olub.

Federasiyadan Yenisabah.az-a verilən məlumata görə, ənənəvi yarışda ölkəni 9 güləşçi təmsil edəcək. Sərbəst güləş üzrə yarışda məşqçilər Arif Abdullayevlə Rövşən Hacıyevin rəhbərliyi altında İntiqam Vəlizadə (61 kq), Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), İbrahim Yusubov (92 kq), Rahid Həmidli və Georgi Meşvildişvili (hər ikisi 125 kq) mübarizə aparacaq.

Qadın güləşi üzrə yığmanın baş məşqçi əvəzi Rövşən Umudov 3 idmançının xidmətindən istifadə edəcək. Sofiyada Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) və Elis Manolova (62 kq) uğur qazanmağa çalışacaq. Marqarita pizza

III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq.

Qeyd edək ki, yarış martın 5-dək davam edəcək


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!