Beynəlxalq Valyuta Fondundan Azərbaycanla bağlı proqnoz

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq Valyuta Fondundan Azərbaycanla bağlı proqnoz

İqtisadiyyat

11 Oktyabr 2022 18:50 1615


Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanın ümumi daxili məhsul istehsalının (ÜDM) 3,7% artacağını proqnozlaşdırır.

Yenisabah.az xəbər verir ki, bu barədə IMF-nin “Dünya İqtisadi Görünüşü” hesabatının oktyabr sayında bildirilib.

Sənədə əsasən, bu, qurumun aprel ayı proqnozu ilə müqayisədə 0,9 faiz bəndi çoxdur. pizza mizza

IMF gələn il Azərbaycan iqtisadiyyatının 2,5% böyüyücəyini gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 0,1 faiz bəndi azdır. Valyuta Fondu ÜDM artımını 2027-ci ildə 2,5% səviyyəsində proqnozlaşdırır.

Qeyd edək ki, ölkə iqtisadiyyatı 2021-ci ildə 5,6% artıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!