"Nə vaxta qədər ki, xanımların gözəl həyat haqqındakı bütün düşüncələri və arzuları ərə getmək olacaq, nə vaxta qədər qadın "seçmək" yox "seçilmək" istəyəcək, nə vaxta qədər xanımlar öz uşaqlarına "Ona olar, o oğlandı. Sənə olmaz, sən qızsan" deyəcək...”
Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkədə “Qadın dediyin” başlığı ilə keçirilən sorğuya münasibət bildirərkən yazıb.
Aparıcı “Nə vaxta qədər ki, xanımlar öz uşaqlarına "Ona olar, o oğlandı. Sənə olmaz sən qızsan" deyəcək.... bax o vaxta qədər də biz "Qadın necə olmalıdır" sualına belə "məntiqli" cavablar eşidəcəyik. Bir də ki, əl çəkin kişilərdən. Bezdirdiniz, vallah. Kişiləri də dünyaya gətirən, böyüdən, tərbiyə verən qadınlardı. Özünüzdən başlayın” – deyə fikirlərini tamamlayıb. Toyuqlu pizza
Qeyd edək ki, keçirilən sorğuda şəhər sakinləri qadın “İnstaqrama girməməlidir", "Başıaşağı olmalıdır", "Namuslu olmalı, heç kimlə ünsiyətdə olmamalıdır" kimi cavablar veriblər.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız