“Bəzən rəqib şirkət qəsdən belə məlumat yayır” – AİB sədri

saytların hazırlanması

Evə çatdırılma

“Bəzən rəqib şirkət qəsdən belə məlumat yayır” – AİB sədri

Sosial

09 Oktyabr 2025 13:20 437


Sosial şəbəkələrdə broyler toyuqlarına dair tez-tez mənfi paylaşımlar edilir. 

“Bəzən şirkətlər mətbuatdan yayınır, iddialara cavab vermək istəmirlər. Mətbuatdan yayınan insanlar günahkar insanlardır!"

Bunu "Yeni Sabah"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib. Toyuqlu pizza

Onun sözlərinə görə, broyler toyuqlarına dair iddialar doğrudursa, bu, ciddi qanun pozuntusudur:

“Bütün broyler şirkətləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir. Gigiyenik tələblərə cavab verməyən, təmizlənməmiş məhsulun bazara çıxarılması istehlakçı hüquqlarının pozulması deməkdir. Əgər toyuq istehsalçılarının səhvləri varsa, gərək etiraf etsinlər".

AİB rəhbəri təsdiqləyir ki, bu tipli iddialar bəzən şirkətin rəqabətdə olduğu digər broyler şirkəti qəsdən yayır:

"Bunu da etiraf etmək lazımdır”.

İstehlakçı hüquqlarının müdafiəçisi vətəndaşlara da çağırış edib:

“Belə hallarla qarşılaşan istehlakçılar Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı mərkəzi”nə birbaşa zəng vura bilərlər. Bundan əlavə, vətəndaşlar həmin toyuq nümunəsini Azad İstehlakçılar Birliyinə gətirsələr, biz onun antireklam kampaniyasını apararıq”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!