Bəzi bölgələrdə leysan yağır - FAKTİKİ HAVA 

saytların hazırlanması

Evə çatdırılma

Bəzi bölgələrdə leysan yağır - FAKTİKİ HAVA 

Sosial

14 May 2025 16:42 219


Mayın 14-ü saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Yenisabah.az xəbər verir ki, Naxçıvan, Şahbuz, Ordubad, Quba, Qusar, Qrız, Lerik, Qəbələ, Qobustan, Oğuz, Şəki, Zaqatala, Balakən, Xınalıq, Xaltan, Gəncə, Göygöl, Mingəçevir, Yevlax, Tərtər, Naftalan, Şəmkir, Astara, Bərdə, Goranboy və Daşkəsəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Şahdağda isə qar yağması müşahidə olunur. Marqarita pizza

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 26 m/s-dək güclənir.

Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Qusar, Qrız, Xaltan və Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR-da 21, Aran rayonlarında 25, dağlıq rayonlarda isə 14 dərəcəyədək isti qeydə alınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!