Bəzi bölgələrdə yağış yağıb - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bəzi bölgələrdə yağış yağıb - FAKTİKİ HAVA

Sosial

30 İyul 2025 09:43 783


İyulun 30-u saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Yardımlı və Altıağacda 1 mm-dir. pizza hut

İyulun 29-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, dağlıq rayonlarda 30, Aran rayonlarında 40, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!