"Ermənistan tərəfindən döyüşən muzdluların tutularaq Azərbaycana ekstradisiya edilməsində müəyyən problemlər olsa da, buna nail olacağıq".
Yenisabah.az Trend-ə istinadən bildirir ki, bunu baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, bu prosesdə müəyyən çətinliklər var: "Təəssüf ki, bəzi dövlətlər bununla bağlı kifayət qədər zəruri əməkdaşlıq göstərmir. Amma hətta Xocalı dövründən olan cinayətkarları İkinci Qarabağ müharibəsindən sonra tutub məsuliyyətə cəlb etmişik, onların real məhkəmə kürsüsündə oturmasını təmin etdik. Bu şəxslər də məsuliyyətə cəlb ediləcək". Toyuqlu pizza
"Digər tərəfdən də başladığımız bu cinayət işlərindən beynəlxalq ədalət məhkəməsində, beynəlxalq instansiyalarda istifadə edirik. Əldə olunan sübutlarla Ermənistanın dövlət kimi siyasətinin beynəlxalq hüquq normalarına zidd olduğunu da sübut edirik, bu da çox vacibdir", - deyə Kamran Əliyev əlavə edib.
Telegram kanalımız