“Bəzi ərazilərdə 50 metr irəliləmişik” - Ermənistanın müdafiə naziri

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi ərazilərdə 50 metr irəliləmişik” - Ermənistanın müdafiə naziri

Rəsmi

05 May 2021 18:25 1504


“Bütün Ermənistan ərazisi Ermənistan SSR sərhədləri daxilində qorunur”.

Yenisabah.az “Novosti Armenii”yə istinadla xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri əvəzi Vaqarşak Arutyunyan bildirib.

Mayın 5-də o, Ermənistan Milli Məclisinin iclasında Sünik bölgəsindəki hadisəni və ölkə rəhbərliyinin bəzi əraziləri təhvil verdiyi barədə mətbuatda yayılan məlumatları şərh edib. pizza hut

Arutyuyanın sözlərinə görə, erməni tərəfinin 50 metr irəlilədiyi yerlər var. “Bunun səbəbi təhlükəsizliyi təmin edəcək şəkildə mövqeyi təchiz etmənin mümkün olmamasıdır. Buna əsasən, mövqelər geri çəkilir və ya irəli aparılır. Ancaq ümumiyyətlə, bu dəyişikliklər nəticəsində meydana gələn ərazi dəyişikliklərin çox əhəmiyyətsiz olduğunu söyləməliyəm və bütün bu məsələlər demarkasiya çərçivəsində həll olunmalıdır”.

Qeyd edək ki, Ermənistanın Xarici İşlər Nazirliyi indiyə qədər “Ermənistan SSR sərhədləri” ilə bağlı açıqlama verməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!