Bəzi ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bəzi ərazilərdə işıq olmayacaq

Sosial

13 İyun 2025 01:32 534


Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin yenilənməsi ilə əlaqədar iyunun 13-də elektrik xətləri sifarişə əsasən açılacaq. Sezar pizza

Saat 10:00-dan saat 15:00-dək Buzovna qəsəbəsinin Ruhulla Axundov və Heydər Eyvazov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!