Bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bəzi ərazilərdə qaz olmayacaq

Sosial

04 İyun 2025 21:46 295


Sabah Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsi, "Qurtuluş 93" ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərində yerləşən "Kristal Abşeron 1" və "Park Xırdalan" yaşayış komplekslərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!