Bəzi ərazilərdə yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bəzi ərazilərdə yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVA

Sosial

08 Aprel 2025 18:42 211


Aprelin 8-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, Şərur, Ceyrançöl, Şəmkir, Tovuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Balakən, Qax, Zaqatala və Ağstafada arabir yağış yağır. Pepperoni pizza

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Goranboyda 27, Mingəçevir, Ağdam, Tərtər və Bərdədə 20, Naftalan və Yardımlıda 18, Kəlbəcər və Zəngilanda 17, Yevlax və Culfada 15, Xaltanda 14 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 26, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!