Bəzi ərazilərə leysan yağır, Xəzərdə dalğanın hündürlüyü 3,6 metrə çatdı - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bəzi ərazilərə leysan yağır, Xəzərdə dalğanın hündürlüyü 3,6 metrə çatdı - FAKTİKİ HAVA

Sosial

20 Sentyabr 2025 17:33 403


Sentyabrın 20-si saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir.

Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, Şabran, Xaçmaz, Quba, Xaltan, Qusar, Biləsuvar, Göygöl, Daşkəsən, Tərtər, eyni zamanda, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Tovuz və Şabranda 15 m/s-dək güclənir. pizza hut

Dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!