Bəzi idxal məhsulları 2026-cı ilin sonuna qədər gömrük rüsumundan azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Bəzi idxal məhsulları 2026-cı ilin sonuna qədər gömrük rüsumundan azad edildi

İqtisadiyyat

30 Dekabr 2023 20:54 1733


Azərbaycana idxal edilən bəzi məhsullar 2026-cı il dekabrın 31-ə qədər 3 il müddətinə gömrük rüsumundan azad edilib.

Yenisabah.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, daha 3 il gömrük rüsumundan azad edilən məhsullara aşağıdakılar daxildir: Dominos pizza

Bəzi tərəvəz bitkilərinin toxumları,

maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları,

balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar, həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!