“Bəzi işbazlar bayraqların qiymətini qaldırıb” - Tolikdən ETİRAZ   + Video

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi işbazlar bayraqların qiymətini qaldırıb” - Tolikdən ETİRAZ + Video

Şou

30 Sentyabr 2020 11:12 3117


Tanınmış prodüser Tarix Əliyev (Tolik) şəxsi avtomobilindən Azərbaycan və Türkiyə bayraqlarını asıb.

Yenisabah.az xəbər verir ki, bu barədə görüntüləri sosial şəbəkə hesabından bölüşən Tolik Azərbaycan bayrağının yanında Türkiyə bayrağının asılmasını da məsləhət görüb:

“Bu gün əsgərlərimizə ruh yüksəkliyi vermək üçün heç kəs əlindən gələni əsirgəmir. Maşınlarımızdan, eyvanlarımızdan asdığımız Azərbaycan bayrağının yanında mütləq şəkildə Türkiyə bayrağı da olmalıdır. pizza hut

Türkiyə dövlətindən savayı sıravi türk qardaşlarımız da bizə dəstəkdirlər. Kaş, şəhərin mərkəzində milyonlara sahib olan MTK (Mənzil-Tikinti Kooperativi)  sahibləri də satdığı binaları Azərbaycan və Türkiyə bayrağı ilə gözəlləşdirərdi”. 

Prodüser belə vaxtda bəzi işbazların bayraqların qiymətini artırdığını da qeyd edib: 

“Bu arada bəzi fürsətçilər bayrağın qiymətini dəfələrlə qaldırıb. Mən bu iki bayrağa 130 manat pul vermişəm”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!