Bəzi ixtisaslarda dərslər 4 gün olacaq   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bəzi ixtisaslarda dərslər 4 gün olacaq - RƏSMİ

Sosial

12 Sentyabr 2025 16:39 341


Bakı Dövlət Universitetində (BDU) bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükü azaldılaraq 4 günə endirilib.

Yenisabah.az xəbər verir ki, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər.

Bildirilib ki, Bakı Dövlət Universitetinin “Jurnalistika” və digər bəzi ixtisaslarında dərslər 4 gün keçiriləcək: Marqarita pizza

“Ali təhsil müəssisələrində bakalavriat təhsil səviyyəsi üzrə mövcud qaydalara uyğun olaraq, həftəlik dərs yükü 20/22 saat müəyyən edilib. Bakı Dövlət Universitetində dərs cədvəllərinin 4 və ya 5 iş gününə tərtib edilməsi qaydalara uyğundur. “Jurnalistika”  ixtisası ilə eyni zamanda bəzi ixtisaslarda da 2025/26-cı tədris ilinin payız semestrində dərslər həftədə 4 iş gününə keçirilib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!