“Bəzi məqamlarda bəxtimiz gətirdi” - Belçika millisinin baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi məqamlarda bəxtimiz gətirdi” - Belçika millisinin baş məşqçisi

İdman

09 Sentyabr 2023 20:20 564


“Üç xal qazandığımız üçün xoşbəxtik. Performansımız ürəkaçan deyildi. Daha yaxşı ola bilərik, olmalıyıq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri AVRO-2024-ün seçmə mərhələsinin V turunda keçirilən Azərbaycan - Belçika (0:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Domeniko Tedesko deyib.

37 yaşlı mütəxəssis ikinci qolu vurmalı olduqlarını bildirib: Marqarita pizza

“İlk hissədə topla oynamaqla bağlı problemlərimiz oldu. İkinci qolu vurmalıydıq. İkinci qolu vurub oyunu öldürməliydik. Bundan sonra rəqibin ümidləri öləcəkdi”.

Çalışdırıcı Azərbaycan millisinin qol vurmaq şanslarının olduğunu söyləyib:

“Rəqib kifayət qədər şanslar yaratdı. Komanda olaraq necə müdafiə olunduğumuza və necə fürsətlər verdiyimizə baxacağıq. Çox adama asan oyun kimi gəlirdi. Meydanın vəziyyəti də yaxşı deyildi. Azərbaycan millisi də futbol oynayırdı. Hər şeyin qarşısını almaq olmur. Rəqibin şansları yarandı. Renat Dadaşovun yaxşı baş zərbəsini qapıçımız qaytardı, onların daha bir real epizodları da var idi. Bəzi məqamlarda bəxtimiz gətirdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!