Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Gədəbəy, Qusar, Qəbələ və İsmayıllı istiqamətlərində reyslər təxirə salınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək. Pepperoni pizza
Bəzi istiqamətlərdə, xüsusən də paytaxtın şəhərətrafı və qəsəbələrarası yollarının buzlaşması ilə əlaqədar avtobusların hərəkətində çətinliklər yaranıb. Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
Telegram kanalımız