Bəzi rayonlara yağış yağıb, külək güclənib - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Bəzi rayonlara yağış yağıb, külək güclənib - Faktiki hava

Sosial

03 İyul 2025 12:08 398


İyulun 3-ü saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, düşən yağıntının miqdarı Balakəndə 33, Sarıbaşda (Qax) 14, Zaqatalada 11, Tovuzda 5, Ağstafa və Şəkidə 3, Ceyrançöl, Gədəbəy və Şahbuzda 2, Daşkəsən, Göygöl, Şəmkir, Kəlbəcər, Laçın, Qubadlı, Laza (Qusar) və Lerikdə 1 mm-dir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncədə 19 m/s-dək güclənir. pizza sifarişi

Dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatır.

Havanın maksimal temperaturu iyulun 2-də Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan MR-da, o cümlədən Aran rayonlarında 34, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!