Mayın 13-ü saat 18:00-a olan məlumata əsasən, bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Zaqatala, Balakən, Bərdə, Mingəçevir, Şəki, Qax və Qubada yağış yağır. Dominos pizza
Zaqatalada qərb küləyinin sürəti arabir 17 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR-də 24, Aran rayonlarında 25, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.
Telegram kanalımız