Bəzi rayonlarda yağış elə yağır ki... - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bəzi rayonlarda yağış elə yağır ki... - FAKTİKİ HAVA

Sosial

24 May 2025 11:21 363


Milli Hidrometeorologiya Xidmətinin saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağıntılar müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, düşən yağıntının miqdarı Əlibəy (Zaqatala), Daşkəsən, Şəmkir, Tovuz, Göygöl, Balakən, Şəki, Mingəçevir, Zərdab, Qax, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahdağ və Biləsuvarda 4 mm-dir.

Culfada şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-dək güclənir. Sezar pizza

Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!