“Bəzi vasitəçilərdən Tehrana mesajlar göndərilib” - İrandan Trampa cavab

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi vasitəçilərdən Tehrana mesajlar göndərilib” - İrandan Trampa cavab

Dünya

23 Mart 2026 16:48 608


"ABŞ ilə heç bir birbaşa danışıqlar aparılmır".

"Yeni Sabah" Fars-a istinadla xəbər verir ki, bunu İranda məsələ ilə tanış olan təhlükəsizlik mənbəsi bildirib.

Onun sözlərinə görə, İranın hərbi təhdidləri inandırıcı hala gəldiyindən Donald Tramp mühüm infrastruktura hücum etməkdən imtina edib: pizza sifarişi

"Maliyyə bazarlarına təzyiq də artıb və bu, geri çəkilmədə digər vacib amil olub. Müharibənin əvvəlindən bu günə qədər bəzi vasitəçilərdən Tehrana mesajlar göndərilib. Onlara açıq şəkildə cavab olaraq deyilib ki, lazımi çəkindirməni əldə edənə qədər müdafiəni davam etdirəcəyik.

ABŞ ilə heç bir danışıqlar aparılmayıb və aparılmır. Bu cür psixoloji müharibə ilə nə Hörmüz boğazı müharibədən əvvəlki vəziyyətinə qayıdacaq, nə də enerji bazarları sakitləşəcək.

Trampın 5 günlük möhləti bu rejimin xalqa qarşı cinayət proqramının davam etdirilməsi deməkdir. Biz ölkəni geniş şəkildə müdafiə etməyə davam edəcəyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!