“Bəzi verilişlərə getmirəm, çəkimi qoruyuram“   - Çingiz Əhmədov

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi verilişlərə getmirəm, çəkimi qoruyuram“ - Çingiz Əhmədov

Şou

25 May 2021 16:52 1198


“Təbii ki, teatrları bizim sağlamlığımızı düşünüb bağlayıblar. Ona görə dözməliyik, başqa yolumuz yoxdur...”

Bu sözləri Yenisabah.az-a danışan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Çingiz Əhmədov deyib.

Sənətçi  həmkarları kimi teatr üçün darıxsa da, mövcud vəziyyətlə barışdığını bildirib: pizza

“Vallah, bilirsiniz, dövlətin qayda-qanunları var. Biz aktyorların özümüzdən nəsə deməyi düzgün deyil. Təbii ki, teatrları bizim sağlamlığımızı düşünüb  bağlayıblar. Ona görə dözməliyik, başqa yolumuz yoxdur. Aktyorların teatrsız qalmağının martda bir il iki ayı oldu. Səhnə üçün, tamaşaçılar üçün, iş yoldaşlarım üçün darıxmışam. Teatr olmasa da, efirlərə  dəvət edirlər. Hətta öz verilişim vardı – PrimeŞok, pandemiya ilə əlaqədar dayandırdıq. İnşallah yeni bir layihə ilə gələcəyik. Sadəcə qarşıdan yay gəlir deyə hər kəs tətilə çıxır, efirlər təkrar proqramları verir ona görə bir müddət təxirə salmışıq. Bundan başqa efirlərə tez-tez dəvət alıram, özümə aid olan verilişlərə sevə-sevə qatılıram, amma elə veriliş var ki. Getmirəm, çəkimi qoruyuram. Allah xalqımızı qorusun bundan sonra hər şey yaxşı olacaq, biz buna əminik”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!