“Bəzi, yazıq, qarımış qızlar...“ - Nadir Qafarzadə kimin “bostanına daş atdı?“ - Video

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi, yazıq, qarımış qızlar...“ - Nadir Qafarzadə kimin “bostanına daş atdı?“ - Video

Şou

24 Mart 2020 17:27 1579


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirusla mübarizə çərçivəsində #evdəqal həştəqi ilə yeni aksiyaya start verərək insanları evdə qalmağa çağırıb.

Yenisabah.az xəbər verir ki, şou-biznes nümayəndələri də sözügedən təşəbbüsə əməl edərək sosial şəbəkələrdə paylaşımlar etməyə başlayıblar.

Müğənni Nadir Qafarzadə evdən görüntülərini izləyiciləri ilə bölüşüb. İfaçı evdə oturmaqdan gileylənib: pizza mizza

"Evdə oturmaqdan qocaldıq. O qədər evdə qal, evdə qal dedilər ki... Onsuz da bəzi yazıq, qarımış qızlar evdə qalmışdılar. İndi bir az da evdə qaldılar. Nəinki qızlar, hətta kişilər də, bəylər də evdə qaldı. Allah bizi pis günlərdən saxlasın. Eybi yoxdur, pis günün ömrü az olar. Nə yaxşı ki, sizlər varsınız, burada sizinlə dərdləşirəm, söhbətləşirəm".

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 14 mart 2020-ci il tarixindən etibarən ölkə ərazisi xüsusi rejimə keçib.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!