Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən 1-ci MDB oyunlarında növbəti görüşünü keçirib.
Yenisabah.az xəbər verir ki, komandamız qrup mərhələsinin 4-cü turunda Rusiya yığmasına 0:5 hesabı ilə uduzub.
Hazırda turnir cədvəlinin ikinci sırasında qərarlaşan millimiz Bakı vaxtı ilə saat 16:00-da Qazaxıstanı təmsil edən seçmə kollektivlə üz-üzə gələcək. pizza sifarişi
Badmintonçularımız bu görüşdə qalib gələcəyi təqdirdə komanda yarışında gümüş medallara sahib çıxacaq.
Sabah 5 kateqoriya üzrə yarışlar start götürəcək.
Qarışıq-qoşa yarışlarda qaliblərin adına sentyabrın 11-də aydınlıq gələcək.
Mehri Qurban
Telegram kanalımız