Bibiheybət məscidi yaxınlığında nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Bibiheybət məscidi yaxınlığında nə baş verir?

Sosial

08 Dekabr 2019 06:21 1929


Noyabrın 24-də gecə saatlarında Bakının Səbail rayonu, Bayıl-Bibiheybət-Badamdar yolu istiqamətində yolun şəhərə gələn hissəsində Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi baş verib. Yolun sağ hissəsi dağılıaraq, uçub. Hadisə ilə əlaqədar yol bağlanılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.

Hazırda isə ərazidə təmir öncəsi hazırlıq işləri aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geologiya Kəşfiyyat xidmətinin baş mühəndisi Əziz Qaralov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Bibiheybət piri yaxınlığında sürüşmə ərazisində vəziyyət sabit olaraq qalır: "Orada hazırda heç bir ciddi proses baş vermir. Ərazidə Azərbaycan Avtomobil Yolları Agentliyinin əməkdaşları iş aparırlar. Yəqin, yaxın günlərdə təmir işlərinə başlayarlar". Dördpendirli pizza

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, sürüşmə zonasında nisbi sakitlıikdir. "AAYDA geoloji kəşfiyyat işlərinin nəticəsi məlum olduqdan sonra işə başlayacaq. Yəni bununla bağlı layihə təqdim ediləcək. Gələcəkdə belə problemin təkrar yaşanmaması üçün əsaslı təmir işləri aparılmalıdır. Təmir işləri, yəqin ki, bir neçə ay davam edəcək. Amma hələ işlərə başlanılmayıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!