Bibiheybətdə yaranmış su problemi nə vaxt həll ediləcək?

saytların hazırlanması

Evə çatdırılma

Bibiheybətdə yaranmış su problemi nə vaxt həll ediləcək?

Sosial

27 Noyabr 2019 08:49 716


Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində baş vermiş yol sürüşməsi magistral su xəttini sıradan çıxarıb.

"Yeni Sabah" bildirir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib. 

Onun sözlərinə görə, təmsil etdiyi qurumun mütəxəsisləri ərazidə qiymətləndirmə işləri aparıb: "Mütəxəssislər həmin xəttin qəzalı hissəsindəki siyirtmənin bağlanılması və əraziyə suyun verilməsinin dayandırılması barədə qərar qəbul edib. Bununla yanaşı, "Azərsu"nun Təchizat Departamenti qəzalı vəyiyyətdə olan xəttin fəaliyyətini bərpa etmək üçün material göndərib”. pizza

A.Cəbrayıllı həmçinin deyib ki, Bibiheybət və Şıxov massivlərinə qəza baş verən gün axşam saatlarından su verilib: "20-ci sahənin əsas qidalandırıcı xətti sıradan çıxmışdı. Buna görə də, alternativ olaraq Bayraq Meydanı tərəfdən gedən xəttin siyirtmələrini açdıq. Eyni zamanda, Badamdar anbarından da xətti şəbəkəyə qoşduq. 20-ci sahədə jurnalistlərin binasına və həmin ətarafda balaca əraziyə su verilmir, bu gün həmin ərazilərə də suyun verilişi bərpa ediləcək". /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!