“Bığ saxlamaq istəyirdim, xanım icazə vermədi” - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Bığ saxlamaq istəyirdim, xanım icazə vermədi” - Nazir

Maraqlı

05 Fevral 2023 10:26 1671


Gənclər və idman naziri Fərid Qayıbov İTV-də yayımlnan “Şənbə axşamı” verilişinin qonağı olub.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, nazir verilişdə özüylə bağlı bir sıra maraqlı məqamları da açıqlayıb.

Məlum olub ki, Fərid Qayıbov verilişə telefon zəngi ilə yox, elə sosial şəbəkə vasitəsilə dəvət olunub: pizza

“Çalışıram ki, bütün mesajlara cavab verəm, amma bəzən alınmır. Bəzən şərhlərdə yazırlar ki, inboksu niyə oxumursunuz? Amma mən bütün günü feysbukda ola bilmərəm. Yazılan mesajların çoxunun məzmunu eynidir - çox adam yazır ki, sizin komandanızda olmaq istəyirəm. Əslində, bu, məni sevindirir. Sevinirəm ki, belə aktiv gənclərimiz var”.

F. Qayıbov idmançıların saqqal saxlaması məsələsinə də münasibət bildirib:

“İndi saqqal çox populyardır. İndi bir çox gənclərimiz saqqal saxlayır. Belə bir trend varsa, niyə də yox? Mən də hər zaman bığ saxlamaq istəyirdim, amma yoldaşım icazə vermədi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!