Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Yenisabah.az xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.
2002-ci il təvəllüdlü Piriyev Vüsal İsa oğlu idarə etdiyi “BYD” markalı avtomobillə 1968-ci il təvəllüdlü Fərzəliyev Kərəm Əhməd oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. pizza hut
Faktla bağlı cinayət işi başlanılıb.
Telegram kanalımız