Bilərəkdən səhv müalicə edərək 15 xəstəni öldürən həkimdən ŞOK ADDIM – İzləri belə itirirmiş...

saytların hazırlanması

Evə çatdırılma

Bilərəkdən səhv müalicə edərək 15 xəstəni öldürən həkimdən ŞOK ADDIM – İzləri belə itirirmiş...

Dünya

16 Aprel 2025 16:35 467


Almaniyanın Berlin şəhərində palliativ baxım mərkəzində işləyən həkim ən azı 15 xəstəni öldürməkdə günahlandırılıb.

Yenisabah.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlində 4 nəfərin ölümündə rol oynadığı və himayəsində olan xəstələrə ölümcül miqdarda müxtəlif dərmanlar verməkdə şübhəli bilinən 40 yaşlı həkim avqust ayından bu yana həbsdə olan 2021-ci ilə aid araşdırmalar nəticəsində prokurorlar tərəfindən 15 ayrı qətldə ittiham edilib. 

Prokurorluqdan verilən açıqlamada bildirilir ki, həkim xəstələrə onların xəbəri və razılığı olmadan anesteziya və əzələ genişlədən dərmanlar verib. Həmçinin, xəstələrin mənzillərini yandıraraq hadisəni ört-basdır etməyə çalışıb. Sözügedən sayın daha da arta biləcəyi və iş üçün xüsusi yaradılmış istintaq qrupunun xəstə qeydlərini araşdırdığı qeyd edilib. Marqarita pizza

Ona qarşı irəli sürülən ittihamları rədd etdiyi deyilən həkimə də ömürlük peşədən uzaqlaşdırılması istənilir.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!