Biləsuvar sakini itkin düşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvar sakini itkin düşdü - Foto

Hadisə

18 May 2023 22:33 1068


Biləsuvar rayon sakini itkin düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat veriblər.

Belə ki, Biləsuvar şəhəri, Salatın Əsgərova küçəsinin sakini, 1997-ci il təvəllüdlü Hüseynzadə Günel Şaiq qızı mayın 12-də axşam saatlarında yaşadığı ünvandan naməlum istiqamətdə çıxaraq geri qayıtmayıb. Pepperoni pizza

Onun boyu 165 santimetr, gözləri qəhvəyi, qara saçlı, orta bədən quruluşludur. Evdən çıxarkən əynində göy cins şalvar, bənövşəyi kofta, qara idman ayaqqabısı, qara hicab olub.

Onu görənlərdən DİN-nin 102 xidmətinə və 050 491 55 84 nömrəsinə zəng vurub məlumat vermələri xahiş olunur.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, qadının tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, G.Hüseynzadənin iki övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!