Biləsuvar rayonunda piyada xəsarət alıb.
Yenisabah.az xəbər verir ki, piyadanın vurulması ilə nəticələnən hadisə axşam saatlarında rayonun Nəsimikənd kəndində baş verib.
Hələlik kimliyi məlum olmayan şəxsin idarə etdiyi avtomobil 1985-ci il təvəllüdlü Rauf Sadıqovu vurub. Xəsarət alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. pizza hut
Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız