Biləsuvarda 4 nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda 4 nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Kriminal

24 Oktyabr 2021 20:10 877


Biləsuvar rayonunda dörd nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, hadisəni törətməkdə Qoşqar Orucov şübhəli bilinir.

Qeyd edək ki, hadisə ötən gün rayonun Amankənd kəndində baş verib. Sezar pizza

Belə ki, sakinlər - İsa Abbasov, Tural Yəhyalı, Sənan Yəhyayev və Ərəstun Şahmarovla Qoşqar Orucov arasında kənddə yerləşən çay evində mübahisə yaranıb. İ.Abbasov, T.Yəhyalı, S.Yəhyayev və Ə.Şahmarovun sözlərinə görə, onlar evə gedərkən Q.Orucov həmin şəxslərə hücum edərək bıçaq xəsarəti yetirib.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!