Biləsuvarda ağır QƏZA: “Man“ “KamAZ”a çırpıldı - Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda ağır QƏZA: “Man“ “KamAZ”a çırpıldı - Ölən və yaralananlar var

Hadisə

01 Avqust 2021 22:15 1271


Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Man" markalı yük avtomobili qarşıda gedən "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Toyuqlu pizza

"KamAZ" sonra zərbənin təsirindən yoldan çıxaraq aşıb.

Qəza nəticəsində "Man" markalı avtomobilinin sürücüsü hadisə yerində ölüb. Habelə "KamAZ"da olan Salyan rayonu Şorsulu kənd sakinləri - 1997-ci il təvəllüdlü Qafarov Yasər Ağahüseyn oğlu, 1995-ci il təvəllüdlü Əliyev Gülağa Urfan oğlu və 1996-cı il təvəllüdlü Miriyev Böyükağa Ağalar oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzada ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!