Biləsuvarda AĞIR QƏZA - Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda AĞIR QƏZA - Xəsarət alanlar var

Hadisə

16 İyun 2024 13:39 312


Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.

Belə ki, "BMW" markalı minik avtomobili yolun kənarında dayanan "Niva" markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən "Niva" aşıb. Toyuqlu pizza

Hadisə nəticəsində iki nəfər rayon sakini, 1998-ci il təvəllüdlü Vüqar Hüseynov və 1977-ci il təvəllüdlü Raqib Əliyev müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!