Biləsuvarda avtomobil kanala aşdı, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda avtomobil kanala aşdı, xəsarət alanlar var

Hadisə

19 Yanvar 2025 20:37 255


"Mercedes" markalı avtomobil kanala aşıb, 2 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar rayonun giriş hissəsində, yolayrıcında baş verib.

Bakı şəhər sakini İslam Vidadi oğlu Hüseynov "Mercedes-190" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı kanala aşıb. pizza hut

Qəza nəticəsində avtomobildə olan sərnişinlər Nigar İxtiyar qızı Hüseynova və Məmmədhəsən Əhmədağa oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!