Biləsuvarda bıçaqlanma ilə bitən qəza - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda bıçaqlanma ilə bitən qəza - TƏFƏRRÜAT

Hadisə

16 Dekabr 2024 10:19 618


Dekabrın 15-də saat 18 radələrində Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində A.Şammədliyə bıçaqla xəsarətlər yetirmiş Zəfər Qarayev saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bundan əvvəl Biləsuvar-Bəhrəmtəpə magistralının Nəsimikənd kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan "DAF" markalı yük avtomobili ilə "VAZ-21011" markalı minik maşını toqquşub.

Nəticədə birinci avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində Əfqan və Nadir Qarayev qardaşları yaralanıblar. pizza sifarişi

Hadisə zamanı daha bir insident yaşanıb.

Yoldan keçən digər nəqliyyat vasitəsinin sürücüsü dərəyə düşən yük maşının sürücüsünə kömək etmək istəyib. Həmin vaxt hadisə yerinə gələn yaralıların 3-cü qardaşı həmin sürücünü qəza törədən yük maşının sahibi ilə səhv salıb və ona bıçaqla hücum edib.

Sürücü qol nahiyəsindən bıçaq yarası alıb. O, xəstəxanaya yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!