Biləsuvarda fərdi yaşayış evində yanğın baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, rayonun Xırmandalı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin lambirin və qamış konstruksiyadan ibarət tavanı 70 m² sahədə, çardağının taxta atmaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. pizza
Telegram kanalımız