Biləsuvarda FHN əməkdaşı hündürlükdən yıxılıb öldü

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda FHN əməkdaşı hündürlükdən yıxılıb öldü

Hadisə

27 İyul 2024 18:51 1106


Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Səmədabad kəndində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb. pizza hut

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları araşdırılır.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!